Dövlət başçısı: “Qələbə günündən 8, Ermənistanın kapitulyasiyasından isə 6 gün keçəndən sonra artıq Şuşaya avtomobil yolu çəkilir”

Dövlət başçısı: “Qələbə günündən 8, Ermənistanın kapitulyasiyasından isə 6 gün keçəndən sonra artıq Şuşaya avtomobil yolu çəkilir”
# 17 noyabr 2020 13:04 (UTC +04:00)

“Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün keçəndən sonra və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdə Alıxanlı qəsəbəsində Şuşaya avtomobil yolu çəkilir”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı layihənin icrası ilə tanış olan zaman bildirib.

Dövlət başçısı deyib ki, bu yol çox rahat, geniş olacaq: “Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək. İkinci Qarabağ müharibəsi bizim Şanlı Qələbəmizdir. İşğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Hazırda düşmən tərəfindən vurulmuş ziyan hesablanır və dəqiq hesablanacaq. Bütün zərərçəkmiş insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu gün işləri biz planlı şəkildə aparacağıq. İlk olaraq ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa və yenidənqurma işləri görüləcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR