Dövlət katibi: “Fransa həmsədr kimi növbəti mərhələdəki fəaliyyətlərə öz töhfəsini verəcək”

Dövlət katibi: “Fransa həmsədr kimi növbəti mərhələdəki fəaliyyətlərə öz töhfəsini verəcək”
# 27 yanvar 2021 12:18 (UTC +04:00)

“Biz artıq mürəkkəb mərhələdən keçmişik, artıq sülh dövrünün başlaması, barışığın əldə olunması istiqamətində çalışmaq lazımdır”.

APA-nın xəbərinə görə, bunu Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan deyib.

“Bizim tariximizdə uzun illər müharibələr olub, xüsusilə də Almaniya ilə. Lakin bütün bu problemlərin öhdəsindən gələ bildik. Böyük siyasi xadimlərin vasitəsilə Avropa İttifaqı kimi bir qurum yaradıldı. Bütün bu addımlar bizim regionda sülhün, barışığın əsasını qoydu. Təbii ki, bütün bunlar barədə biz cənab prezidentlə də danışdıq, əməkdaşlığın əhəmiyyətini vurğuladıq. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi növbəti mərhələdəki fəaliyyətlərə öz töhfəsini verəcək. 10 noyabr tarixli bəyanatın şərtlərinin həyata keçirilməsi, yeni inkişaf perspektivlərinin işlənib hazırlanması istiqamətində Fransa öz töhfəsini verəcək. Gələcək planların reallaşdırılması, regionda milli irsin qorunması, humanitar məsələlər istiqamətində işləyəcəyik. Gördüyünüz kimi fəaliyyət istiqamətləri çox genişdir”, - dövlət katibi qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR