Fərid Şəfiyev: “Dairənin hissələri” filmi işğalçı Ermənistanı qurbanına çevirdiyi Azərbaycanla bərabərləşdirmək cəhdidir

Fərid Şəfiyev: “Dairənin hissələri” filmi işğalçı Ermənistanı qurbanına çevirdiyi Azərbaycanla bərabərləşdirmək cəhdidir
# 15 may 2020 19:06 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinə dair “Barışıq resursları” təşkilatının çəkdiyi “Dairənin hissələri” filmlə bağlı fikrilərini açıqlayıb.

BMTM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Şəfiyev bildirib ki, “Barışıq resursları” (Conciliation Resources) təşkilatının çəkdiyi “Dairənin hissələri” (Parts of a Circle) adlı film balans qorumaq pərdəsi altında işğalçı Ermənistanı qurbanına çevirdiyi Azərbaycanla bərabərləşdirmək məqsədi ilə edilən növbəti yanıltma cəhddir: “Filmdə münaqişənin ən vacib elementlərindən olan milliyyətçi və ekspansionist “Böyük Ermənistan” layihəsindən yan keçilib. Münaqişənin hüquqi çərçivəsinə qəsdən məhəl qoyulmur, əks halda bu, Ermənistanın qurduğu hekayələri tamamilə darmadağın edə bilər.

Nə qədər ki, beynəlxalq ictimaiyyət və ekspertlər prinsipial mövqenin nümayiş etdirilməli olduğu məsələdə “neytrallıq” axtaracaqlar və Ermənistan-Azərbaycan və digər etnik, ərazi münaqişələrinə kökündən yanlış olan yanaşmalarını nəzərdən keçirməyəcəklər, sülhə nail olmaq çox çətin olacaq.

Ümumiyyətlə, bəzi Qərb ekspertləri post-Sovet məkanındakı münaqişələrlə bağlı hər zaman ikili standart nümayiş etdiriblər. Ərazi bütövlüyü ilə bağlı Gürcüstan, Moldova və Ukraynaya qarşı sərgilənən birmənalı mövqe Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələrə gəldikdə bəzi hallarda yoxa çıxır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR