Hikmət Hacıyev: "Avropadakı erməni lobbi qrupları yolları bağlayır, iqtisadiyyata zərər vurur, COVID-19-u yayırlar”

Hikmət Hacıyev: "Avropadakı erməni lobbi qrupları yolları bağlayır, iqtisadiyyata zərər vurur, COVID-19-u yayırlar”
# 16 oktyabr 2020 16:36 (UTC +04:00)

"Ermənistan təxribatlara əl atmaq əvəzinə, Azərbaycan torpaqlarının işğalına son qoymalıdır".

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

"Ermənistan hökumətinin təhriki ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolları bağlayır, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyata zərər vurur və COVID-19-u yayırlar. Ermənistan belə təxribatlara əl atmaq əvəzinə, Azərbaycan torpaqlarının işğalına son qoymalıdır", - deyə H. Hacıyev qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR