Hikmət Hacıyev: “Ermənistan enerji infrastrukturlarını da hədəfə alır ki, bu, digər ölkələr üçün də təhlükə yaradır”

Hikmət Hacıyev: “Ermənistan enerji infrastrukturlarını da hədəfə alır ki, bu, digər ölkələr üçün də təhlükə yaradır”
  • Clock-gray 19:34
  • calendar-gray 11 Oktyabr 2020

“Ermənistanın bu əməlləri regional sülhə böyük təhdid yaradır”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan özünün suveren əraziləri çərçivəsində müharibə aparır: “Ermənistan isə öz ərazisindən istifadə etməklə Azərbaycan şəhərlərini atəşə tutur. Ermənistan enerji infrastrukturlarını da hədəfə alır ki, bu da təkcə Azərbaycan deyil, digər ölkələr üçün də təhlükə yaradır”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər