Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki gərginliyi müzakirə edib

Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki gərginliyi müzakirə edib
# 21 iyul 2020 17:39 (UTC +04:00)

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki gərginliyi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, S. Lavrov Polad Bülbüloğlu və Vardan Toqanyanla işgüzar səhər yeməyində Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması məsələlərini, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərinin fəallaşması perspektivlərini müzakirə edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR