Lavrov: “Həmsədrlərin tərkibinin genişləndirilməsi planlaşdırılmır”

Lavrov: “Həmsədrlərin tərkibinin genişləndirilməsi planlaşdırılmır”
  • Clock-gray 15:33
  • calendar-gray 12 Noyabr 2020

Rusiya, ABŞ və Fransanın daxil olduğu ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünün tərkibinin genişləndirilməsi planlaşdırılmır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov beynəlxalq gündəmdəki aktual mövzularla əlaqədar yerli və xarici KİV-lərə verdiyi müsahibəsində deyib.

“Həmsədrlər üçlüyünün (Rusiya, ABŞ və Fransa) tərkibini genişləndirmək planları yoxdur. Dediyim kimi, daim təmasdayıq, dünən Jan İvon Le Drianla danışdım. Əməkdaşlarım həmsədrliyin işini təmin edən Amerika təmsilçiləri ilə təmasdadırlar”, - deyə S. Lavrov vurğulayıb.

Rusiya XİN başçısı Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrlərinin gələn həftə Moskvaya səfər edəcəklərini də qeyd edib: “Biz onlara sülhməramlıları necə yerləşdirdiyimiz barədə ətraflı məlumat verəcəyik və yəqin ki, Dağlıq Qarabağ və ətrafındakı bütün etno-konfessional icmaların hüquqları nəzərə alınaraq dinc bir həyat qurmağa necə kömək edə biləcəyimiz barədə məsləhətləşəcəyik”.

Fərid Əkbərov

Digər xəbərlər