Moskvada Xocalı soyqırımının qurbanları yad edilib - FOTO

Moskvada Xocalı soyqırımının qurbanları yad edilib - FOTO
# 26 fevral 2021 16:03 (UTC +04:00)

Moskvada Xocalı soyqırımının qurbanları yad edilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Xocalı faciəsinin 29-cu ildönümü münasibəti ilə Rusiyadakı Azərbaycan səfirliyinin binası qarşısında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş stend quraşdırılıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və azərbaycanlı diplomatlar, Rusiyadakı azərbaycanlı diaspor fəalları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndələri, Moskvada təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımı stendini ziyarət ediblər, stendin önünə gül dəstələri qoyublar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR