Nazir: “İşğaldan azad edilmiş ərazilərdə böyük infrastruktur layihələrə başlanılıb”

Nazir: “İşğaldan azad edilmiş ərazilərdə böyük infrastruktur layihələrə başlanılıb”
  • Clock-gray 13:26
  • calendar-gray 10 Mart 2021

Postmünaqişə dövründə Macarıstan şirkətlərinin böyük marağını görürük.

APA-nın məlumatına görə, bunu bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdən sonra xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, görüləcək işlərin planlaşdırılması həyata keçirilir: “Bir sıra böyük infrastruktur layihələrin də artıq həyata keçirilməsinə başlanılıb. Bu gün dəmir yolu tikintisi sahəsində macar şirkətlərinin təcrübəsi barədə fikir mübadiləsi aparıldı. Yol tikintisi ilə bağlı müzakirə oldu. İşğaldan azad edilən ərazilərdə böyük kənd təsərrüfatı potensialı var. Nümunəvi bir kəndin Macarıstan təcrübəsi əsasında “ağıllı kənd” konsepsiyası ilə tikilməsi ətrafında müzakirə aparıldı. Mədən və turizm sahəsində də geniş potensial var. Ölkələrimiz arasında ikitərəfli münasibətlərlə bağlı da geniş fikir mübadiləsi aparılıb.
Macarıstanın sədrliyini nəzərə alaraq, Avropa Şurasının imkanlarından postkonflikt dövründə konfliktə məruz qalmış insanların reabilitasiyasında istifadə etmək də müzakirə mövzusu oldu”.

Xarici işlər naziri bildirib ki, Macarıstanın əsas ticarət tərəfdaşı Çindir: “Azərbaycan da Çinlə Macarıstan arasında yerləşir. Bu aspektdə tranzit imkanları da geniş müzakirə olundu”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər