Putin Dağlıq Qarabağla bağlı Humanitar Yardım Mərkəzinin yaradılması barədə fərman imzalayıb

Putin Dağlıq Qarabağla bağlı Humanitar Yardım Mərkəzinin yaradılması barədə fərman imzalayıb
# 13 noyabr 2020 18:57 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı Qurumlararası Humanitar Mərkəzin yaradılması barədə fərman imzalayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin saytında məlumat verilib.

Fərmanda bildirilib ki, Dağlıq Qarabağla bağlı Humanitar Yardım Mərkəzində Rusiya Fövqəladə Hallar və Xarici İşlər nazirliklərinin, Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri təmsil olunacaqlar.

Təşkilati məsələlər Müdafiə Nazirliyinə həvalə ediləcək.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR