Rudenko: “Rusiya-Türkiyə Birgə Mərkəzi regionda vəziyyətin normallaşması üçün yaxşı nümunədir”

Rudenko: “Rusiya-Türkiyə Birgə Mərkəzi regionda vəziyyətin normallaşması üçün yaxşı nümunədir”
# 10 fevral 2021 11:48 (UTC +04:00)

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətə başlaması regionda vəziyyətin normallaşmasına istiqamətlənmiş birgə səylərə yaxşı nümunədir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində “Türkiyənin Cənubi Qafqazda hərbi mövcudluğunun güclənməsindən Rusiya qorxmur?” sualına cavabında bildirib.

O, Ankara ilə regionda hərbi əməkdaşlığın Ağdam rayonunda yanvarın 30-dan etibarən fəaliyyətə başlayan Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi çərçivəsində qurulduğunu qeyd edib: “Belə mərkəzin açılmasına regiondakı vəziyyətin normallaşmasına istiqamətlənmiş birgə səylərə yaxşı nümunə kimi baxırıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR