Rusiya XİN: Naxçıvanda sərhədyanı məntəqələrdə dəmir yolu infrastrukturlarına ilkin baxış keçirilib

Rusiya XİN: Naxçıvanda sərhədyanı məntəqələrdə dəmir yolu infrastrukturlarına ilkin baxış keçirilib
# 10 dekabr 2020 17:16 (UTC +04:00)

“İqtisadi əlaqələrin bərpa olunması, yeni kommunikasiyaların inşası uzun prosesdir. Bu prosesə çoxlu profil strukturlarının cəlb olunması lazımdır. Bununla yanaşı, başlıca məsələlər Azərbaycan və Ermənistan hakimiyyətləri tərəfindən həll olunacaq. Bildiyimiz qədər konflikt sonrası dövrdə baş verəcək problemlərə reaksiya vermək üçün xüsusi mərkəz formalaşdırılıb”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, nəqliyyat əlaqəsinin bərpa olunması bu gün daha perspektivli istiqamət kimi görünür: “Rusiyalı mütəxəssislərin vasitəsilə Naxçıvanda sərhədyanı məntəqələrdə dəmir yolu infrastrukturlarına, eləcə də Ermənistanın sərhədyanı məntəqələrində yerləşən dəmir yolu xətlərinə ilkin baxış keçirilib”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR