Türkiyə XİN başçısı: “Ermənistan yeni macəralardan çəkinməlidir”

Türkiyə XİN başçısı: “Ermənistan yeni macəralardan çəkinməlidir”
  • Clock-gray 13:41
  • calendar-gray 14 Yanvar 2021

“Azərbaycanın dəvətinə cavab olaraq atəşkəsin təmin edilməsi və bərpa prosesi ilə bağlı çalışmağa davam edəcəyik. Atəşkəsə nəzarət üzrə Rusiya ilə Birgə Mərkəz yaratmışıq”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Kürəsəl Media” jurnalına müsahibəsində Dağlıq Qarabağla bağlı suala cavabında deyib.

Nazir qeyd edib ki, bu atəşkəs çox əhəmiyyətlidir və qorunmalıdır: “Bundan sonra erməni tərəfinin atəşkəsə və birgə bəyanatda qəbul edilən şərtlərə riayət etməsini, yeni macəralardan çəkinməsini və Azərbaycanın işğal altındakı bütün torpaqlarda suverenliyini tanıyacaq qalıcı bir siyasi həllə gedən yolu açmasını gözləyirik. Anlaşma davam edərsə və Azərbaycan-Ermənistan meydançası yaranarsa, bu vəziyyət türk-erməni əlaqələrinə müsbət təsir edəcək”.

apa-logo-mini

Digər xəbərlər