Türkiyə hərbçiləri Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək

Türkiyə hərbçiləri Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək
  • Clock-gray 12:16
  • calendar-gray 22 Noyabr 2020

Türkiyə hərbçiləri Rusiya ilə birgə yaradılacaq Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi (TBMM) Azərbaycana hərbi qüvvələrin göndərilməsi barədə qanun layihəsini qəbul edib. Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə təqdim edilən qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

 

apa-logo-mini

Digər xəbərlər