Xocalı soyqırımı zamanı itkin düşmüş Vaqif və Bəsirə Məhərrəmovlarla bağlı videoçarx təqdim edilib - VİDEO

Xocalı soyqırımı zamanı itkin düşmüş Vaqif və Bəsirə Məhərrəmovlarla bağlı videoçarx təqdim edilib - VİDEO
# 26 noyabr 2020 13:56 (UTC +04:00)

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı növbəti videoçarxı təqdim edib.

İcmadan APA-ya verilən xəbərə görə, bu dəfə 1992-ci il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itkin düşmüş Vaqif Məhərrəmov və onun həyat yoldaşı Bəsirə Məhərrəmovanın faciəli həyatından bəhs olunur.

“Bu şəxslərlə bağlı 28 ildir beynəlxalq təşkilatlara ünvanlanan müraciətlər cavabsız qalıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistandan 90-cı illərdə əsir və girov götürülmüş, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı məlumatları tələb edirik”, - deyə qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR