Vahid Əliyev: “Azərbaycanın torpaqlarını işğaldan azad etmək istiqamətində atdığı addımları militarizasiya kimi qəbul edənlər yanlış düşünürlər”

Bu sözləri APA-ya eksklüziv açıqlamasında prezidentin hərbi və təhlükəsizlik məsələləri üzrə müşaviri, general-leytenant Vahid Əliyev deyib. Azərbaycanın hazırda müharibə şəraitində olduğunu bildirən V.Əliyev bu səbəbdən bütün Silahlı Qüvvələri tam şəkildə peşəkar heyətə keçirməyi düzgün saymır. V.Əliyev deyib ki, dövlət başçısının tapşırığı Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsinin imkanları artırılır, bu qurumların maddi-texniki bazası gücləndirilir: “Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsində ABŞ da müəyyən rol oynayır”.
V.Əliyev Silahlı Qüvvələrdə korrupsiyanın, hərbi hissələrdə müəyyən problemlərin olması faktını da istisna etməyib: “Hər yerdə nöqsanlar var. Bu nöqsanların aradan qaldırılması üçün Ali Baş Komandan mütəmadi olaraq tapşırıqlar verir, işlər aparılır”.
V.Əliyev Azərbaycanın hərbi xərclərinin artırılması ilə əlaqədar bir sıra beynəlxalq təşkilatların və xarici dövlətlərin etirazlarına da münasibət bildirib: “Dünyada ikili standartlar mövcuddur. Torpaqlarının azad edilməsi istiqamətində Azərbaycanın atdığı addımları militarizasiya kimi qəbul edənlər yanlış düşünürlər. Bizim beynəlxalq hüquq normalarına əsasən, torpaqlarımızı azad etmək hüququmuz var. Silahlı Qüvvələrimiz də buna hazırlanır”. /APA/

Daxili siyasət

İcma sədrinin müavini: “Ermənistan Konstitusiyası Qərbi Azərbaycana qayıdacaq azərbaycanlıların təhlükəsizliyinin təminatçısı olmalıdır” - MÜSAHİBƏ

“Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” təsdiqlənib

“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib