Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Apellyasiya Məhkəməsinin rəhbərliyi ilə görüşüb

Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Apellyasiya Məhkəməsinin rəhbərliyi ilə görüşüb
# 18 dekabr 2006 14:55 (UTC +04:00)
Bu gün Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Apellyasiya Məhkəməsinin rəhbərliyi ilə görüş keçirib. Bu haqda APA-ya açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə məlumat verib. Ç. Qənizadə bildirib ki, 2 saatdan artıq davam edən görüşdə Apellyasiya Məhkəməsinin sədr əvəzi İnqilab Nəsirovla yanaşı, məhkəmənin kollegiya sədrləri, Aparat rəhbərliyi də iştirak edib. Görüşdə Apellyasiya Məhkəməsi ilə hüquq müdafiəçiləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, əməkdaşlığın yolları müzakirə edilib, cəmiyyətdə məhkəmələrə olan münasibət, məhkəmələrlə bağlı hüquq müdafiəçilərinə daxil olan şikayətlər Apellyasiya Məhkəməsinin rəhbərliyinə çatdırılıb. Ç. Qənizadə bildirib ki, məhkəmənin fəaliyyətindəki çatışmazlıqlarla bağlı məlumat verən İ. Nəsirov bunun obyektiv və subyektiv səbəblərini açıqlayıb. İ. Nəsirov deyib ki, Apellyasiya Məhkəməsində 36 hakim işləyir. Respublikada apellyasiya şikayətlərinə baxan bir məhkəmə fəaliyyət göstərdiyindən, bütün şikayətləri tam, obyektiv araşdırmaq mümkün olmur. Məhkəmənin sədr əvəzi bildirib ki, ötən il Apellyasiya Məhkəməsinə 11676 şikayət daxil olub. Cari ilin 10 ayında isə ötən illə müqayisədə hərbi işlər üzrə şikayətlər 110, cinayət işləri üzrə 513, mülki işlər üzrə isə 590 iş azalıb. sayıqaldırılan bəzi məsələlər yerində cavablandırılıb, vətəndaşlardan daxil olan şikayətlər , müraciətlər məhkəmənin rəhbərliyi tərəfindən qəbul edilib. Görüşdə gələcək əməkdaşlığın davam etdirilməsi, yerlərdə baş verən pozuntularla bağlı şikayətlərin Apellyasiya Məhkəməsinin rəhbərliyinə vaxtında çatdırılması barədə razılığa gəlinib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR