Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə Qars və İqdır vilayətlərində həmrəylik mitinqləri keçiriləcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə Qars və İqdır vilayətlərində həmrəylik mitinqləri keçiriləcək
# 20 dekabr 2006 13:17 (UTC +04:00)
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə Türkiyənin Qars və İqdır vilayətlərində həmrəylik mitinqləri keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov məlumat verib. H.Zeynalov bildirib ki, həmrəylik mitinqlərində Azərbaycan və Türkiyə diasporunun birgə fəaliyyətinin gücləndirilməsi, erməni lobbiçiliyinə qarşı mübarizədə qüvvələrin birləşdirilməsi mövzusunda çıxışlar olacaq. Onun sözlərinə görə, konsulluq, həmçinin Qurban bayramı münasibətilə ehtiyacı olan ailələrə yardımlar edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR