Misir Mərdanov ATƏT rəsmiləri Kristian Ştrohal və Maurisio Pavesi ilə görüşüb
22 dekabr 2006 11:33 (UTC +04:00)
Təhsil naziri Misir Mərdanov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Kristian Ştrohalın başçılıq etdiyi nümayəndə heyəti və ATƏT-in Bakı ofisinin direktoru Maurisio Pavesi ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun dözümlülük və ayrı-seçkiliyə qarşı mübarizə Proqramı tərəfindən bu təşkilata üzv ölkələrə ünvanlanmış təhsil sahəsində qarşılıqlı hörmət və anlaşmanın təşviqinə dair sorğu vərəqələrini dolduraraq ATƏT-ə təqdim edib. Qeyd edək ki, orta məktəblərdə dözümlülük və qarşılıqlı hörmətin tədrisi üzrə proqramlar UNİCEF, UNESKO, Açıq Cəmiyyət İnstitutu, Amerika Vəkillər Assosiasiyası (ABACEELİ), Beynəlxalq Qırmızı Xaç Komitəsi və Norveç Qaçqınlar Şurası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. ATƏT-in demokratik təsisatlar və insan hüquqları bürosu tərəfindən “İnsan hüquqları sahəsində treninq və təhsil”, “Təhsil vasitəsilə qarşılıqlı hörmət və rəngarəngliyin təşviq edilməsi” layihələri təklif edilib. Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar insan hüquqlarının pozulması barədə də danışan M. Mərdanov qeyd edib ki, bu təcavüz nəticəsində işğal altında olan Azərbaycan torpaqlarında 616 ümumtəhsil məktəb, 234 məktəbəqədər tərbiyə müəssisəsi, 12 texniki-peşə məktəbi, 35 məktəbdənkənar tərbiyə müəssisəsi, 5 orta-ixtisas məktəbi, 1 ali məktəb filialı, 2 ali məktəb fakültəsi, 3 orta-ixtisas məktəbinin filialı olmaqla 1000-ə qədər təhsil müəssisəsi dağıdılıb. Nəticədə 130 min nəfərə yaxın Azərbaycan məktəblisi və tələbəsi, eləcə də, 20 minə yaxın təhsil işçisi qaçqın düşüb, onların hüquqları kobud şəkildə pozulub.
Kristian Ştrohal isə insan hüquqlarının tədris edilməsi ilə əlaqədar Azərbaycanın orta məktəblərində həyata keçirilən tədbirlər, müvafiq sahə üzrə dərsliklərin çapı, bir sıra beynəlxalq təşkilatlarla görülən işlərdən razılığını bildirib. /APA/
Kristian Ştrohal isə insan hüquqlarının tədris edilməsi ilə əlaqədar Azərbaycanın orta məktəblərində həyata keçirilən tədbirlər, müvafiq sahə üzrə dərsliklərin çapı, bir sıra beynəlxalq təşkilatlarla görülən işlərdən razılığını bildirib. /APA/
Daxili siyasət
Deputat: Qazaxın 4 kəndinin qaytarılmasına dirəniş missiyasını indi də Qriqoryan kilsəsinə tapşırıblar
11:36
7 may 2024
Milli Məclis adından Mehriban Əliyevaya təbrik məktubu göndərilib
11:15
7 may 2024
Spiker: Heydər Əliyev böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini davam və inkişaf etdirib
11:09
7 may 2024
Milli Məclisin iclası başlayıb
11:00
7 may 2024