Arif Hacılı: “Partiyadakı narazı qrupun qaldıracağı məsələ Məclisdə dəstəklənməyəcək”

Arif Hacılı: “Partiyadakı narazı qrupun qaldıracağı məsələ Məclisdə dəstəklənməyəcək”
# 22 dekabr 2006 14:10 (UTC +04:00)
“Dekabrın 23-də keçiriləcək iclas Müsavat Məclisinin növbəti iclasıdır və burada hansısa sensasion hadisələrin baş verəcəyini gözləmirəm. Hesab etmirəm ki, partiyadakı narazı qrupun qaldıracağı məsələlər hansısa ciddi hadisəyə çevrilə bilər”. Bu sözləri APA-ya açıqlamasında Müsavat başqanının müavini, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. A. Hacılı bildirib ki, partiyadakı vəziyyətdən narazı olan şəxslərin qaldıracağı məsələ Məclis üzvləri tərəfindən dəstəklənməyəcək: “Onlar azlıqda qalacaqlar. Mütləq əksəriyyət partiya başqanının apardığı siyasətlə bağlı yekdil mövqe nümayiş etdirəcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR