Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirəcək

Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirəcək
# 27 dekabr 2006 15:51 (UTC +04:00)
Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Qurban bayramı ilə bağlı Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirəcək. Bu barədə APA-ya baş konsul özü məlumat verib. S. Aran görüşdə tələbələrin problemləri ilə maraqlanacağını və bayramlar münasibətilə onlara hədiyyələr verəcəyini bildirib. Qeyd edək ki, Türkiyədə 3800-ə qədər azərbaycanlı tələbə təhsil alır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR