Yanvarın 11-də Vyanada ATƏT sədri postunun Belçikadan İspaniyaya təhvil verilməsi ilə bağlı müzakirə keçiriləcək

Yanvarın 11-də Vyanada ATƏT sədri postunun Belçikadan İspaniyaya təhvil verilməsi ilə bağlı müzakirə keçiriləcək
# 28 dekabr 2006 14:09 (UTC +04:00)
Yanvarın 11-də Vyanada İspaniyanın xarici işlər naziri Miqel Anhel Moratinosla ATƏT-ın hazırkı sədri Karel de Quxt arasında görüş keçiriləcək. ATƏT-in Vyanadakı baş ofisindən APA-ya verilən məlumata görə, görüşdə ATƏT-ə sədrlik postunun Belçikadan İspaniyaya təhvil verilməsi məsələsi müzakirə olunacaq. Görüşdən sonra ATƏT-ın hazırkı və sonrakı sədrləri ATƏT Daimi Şurasına müraciət qəbul edəcəklər. Yanvarın 12-də isə Vyanada ATƏT üçlüyünün görüşü planlaşdırılır. Finlandiya, Belçika və İspaniyanın xarici işlər nazirləri ATƏT-in qarşıdan gələn ildə fəaliyyət prioritetlərinin müzakirə edəcəklər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR