Heydər Əliyev Fondu “Gülüstan” sarayında məktəblilər üçün Yeni il şənliyi keçirib

Heydər Əliyev Fondu “Gülüstan” sarayında məktəblilər üçün Yeni il şənliyi keçirib
# 29 dekabr 2006 15:51 (UTC +04:00)
Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Gülüstan” sarayında Bakının müxtəlif orta məktəblərində təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il şənliyi keçirilib. APA-nın “Azərtac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bayram şənliyində Fondun prezidenti, millət vəkili Mehriban Əliyeva da iştirak edib. Mərasimdə çıxış edən M. Əliyeva uşaqları, valideynləri və müəllimləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Qurban bayramı və Yeni il münasibətilə təbrik edib.
Şənliyə gəlmiş hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi təqdim edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR