Rusiya Federal Miqrasiya Xidməti: “Əmək mühacirlərinin Rusiya ərazisindən çıxarılması yalnız məhkəmə qərarı ilə həyata keçiriləcək”

Rusiya Federal Miqrasiya Xidməti: “Əmək mühacirlərinin Rusiya ərazisindən çıxarılması yalnız məhkəmə qərarı ilə həyata keçiriləcək”
# 09 yanvar 2007 11:46 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya Rusiya Federal Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Denis Soldatikov verib. O, yanvarın 15-dən etibarən Rusiyada yaşayan əmək mühacirlərinin, o cümlədən azərbaycanlı mühacirlərin ölkədən kütləvi şəkildə çıxarılacağı ilə bağlı məlumatları şayiə adlandırıb. “Bu fikirlər şayiədən başqa bir şey deyil. Miqrasiya qanunvericiliyinə dəyişikliklərlə əlaqədar qanunun tətbiqi konkret proseduranı nəzərdə tutur. Proseduraya əsasən, ölkə ərazisində qeyri-leqal yaşayan mühacirlər müəyyənləşdirilərək müvəqqəti saxlanma təcridxanasına yerləşdiriləcəklər. Daha sonra onların işləri məhkəməyə təqdim olunacaq. Məhkəmə işlərə baxdıqdan sonra mühacirlərə iki növ cəza tətbiq edə bilər. Cəzalar ya müəyyən məbləğdə cərimə ödənilməsi, yaxud da mühacirin Rusiya ərazisindən dərhal çıxarılması şəklində ola bilər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR