Azad olunmuş ərazilərdə bələdiyyələrlə bağlı dinləmə keçirilə bilər

# 19 yanvar 2023 12:20 (UTC +04:00)

“Bu il Heydər Əliyev İlidir. 1999-cu ildə ilk dəfə olaraq bələdiyyələrin seçilməsi də Ulu öndərin hakimiyyəti dövründə olub”.

APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.

Deputat bununla bağlı dinləmələrin keçirilməsini təklif edib: “Bu dinləmələri azad olmuş ərazilərdə də təşkil edə bilərik”.

Komitə sədri Siyavuş Novruzov təklifi dəstəkləyib və bildirib ki, həm parlamentdə, həm də azad olmuş ərazilərdə belə dinləmələr keçirilsin: “Bununla bağlı geniş iş planı hazırlayaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR