Cinayət yolu ilə əldə edilmiş əmlakın qiymətləndirilməsi sahəsində qanunvericilik təkmilləşdiriləcək

Cinayət yolu ilə əldə edilmiş əmlakın qiymətləndirilməsi sahəsində qanunvericilik təkmilləşdiriləcək
# 04 aprel 2022 17:27 (UTC +04:00)

Cinayət yolu ilə əldə edilmiş və xüsusi müsadirə obyekti olan əmlakın qiymətləndirilməsi və idarə olunması sahəsində qanunvericilik təkmilləşdiriləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Nazirlər Kabineti 2022─2024-cü illərdə cinayət yolu ilə əldə edilmiş və xüsusi müsadirə obyekti olan əmlakın qiymətləndirilməsi və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşdirməlidir.

Bunun üçün Nazirlər Kabineti cinayət yolu ilə əldə edilmiş və xüsusi müsadirə obyekti olan əmlakın qiymətləndirilməsi və idarə olunması sahəsində beynəlxalq təcrübəni öyrənəcək və təkliflərin toplanılması, təhlili və qanunvericilik aktının layihəsini hazırlayacaq.

Nazirlər Kabineti xüsusi müsadirə obyekti olan əmlakın qiymətləndirilməsi və idarə olunması sahəsində səmərəliliyin artırılması ilə bağlı müvafiq qanunvericilik aktının layihəsi təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR