Deputat: “İnvestorlara imkan vermirlər” - VİDEO

Fazil Mustafa

© APA | Fazil Mustafa

# 05 aprel 2022 16:51 (UTC +04:00)

“Neft və qaz sektorundan kənarda digər sektorlara xarici investisiya cəlb edilə bilinmir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu səbəbdən sözügedən qanun “Məişət zorakılığı haqqında” qanunu xatırladır: “Yəni bu qanunun işləməsi üçün Azərbaycanda real zəmin yoxdur. Məhkəmə təminatı bu qanunda nə dərəcə olacaq? Biz məhkəmə sistemində bu təminatı tam dəstəkləyən mexanizm yaratmalıyıq. Hansısa imtiyazlı şəxslər dəfələrlə xaricdən gələn investorların investisiya yatırdığı sahəni onun əlindən alıb. Xarici investorlar qalsın bir qıraqda, yerli investorlara da imkan vermirlər. Biz öncə mühiti sağlamlaşdırmalı, xaricdən Azərbaycana investisiya qoyulması sahəsində problemi həll etməliyik. Prezident 2022-2026-cı illərdə korrupsiyaya qarşı mübarizə ilə bağlı fəaliyyət planını təsdiqlədi. Deyirdilər ki, köhnə məmurlar daha çox korrupsiyaya bulamışdı. Halbuki yenilərdə daha çox korrupsiyaya bulaşma hiss olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR