Əli Əhmədov: "Azərbaycan heç zaman indiki qədər güclü, əzəmətli və müasir olmayıb"

Əli Əhmədov: "Azərbaycan heç zaman indiki qədər güclü, əzəmətli və müasir olmayıb"
  • Clock-gray 16:46
  • calendar-gray 22 Avqust 2019

"Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan narahat dünyada stabilliyi qoruyub saxlayır. Bu, Azərbaycan gerçəkliyinin ən ibrətamiz amillərindən biridir".

APA-nın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov "Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi" mövzusunda keçirilən konfransda deyib.

Ə. Əhmədov qeyd edib ki, Azərbaycan inkişaf mərhələsini yaşayır: "Ölkəmiz müasir dövlətlərin içərisində ən uğurlularındandır. Bu, həm də ölkədaxili proseslərin ürəkaçan olmasından irəli gəlir. Ölkəmizin dünya birliyində kifayət qədər nüfuzu var. Azərbaycan dünyada baş verən prosesləri təkcə izləmir, həm də həmin proseslərin iştirakçısıdır, istiqamətvericisidir. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi dünya birliyinə verilən töhfədir”.

Baş nazirin müavini deyib ki, Azərbaycan dünyada baş verən narahatlıqların dialoqla həll edilməsinin tərəfdarıdır: “Avropanın bir sıra ölkələrində multikulturalizm ideyalarından kənarlaşma meylləri müşahidə olunur. Azərbaycan isə multikulturalizm ideyalarının əhəmiyyətli olduğunu hər zaman vurğulayıb".

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date