Masallı icra başçısının birinci müavini vəzifəsindən azad edilib

Məhəmmədhüseyn Hüseynov

© APA | Məhəmmədhüseyn Hüseynov

# 13 sentyabr 2022 16:49 (UTC +04:00)

Masallı rayon icra hakimiyyəti başçısının birinci müavini Məhəmmədhüseyn Hüseynov tutduğu vəzifəsindən azad edilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bununla bağlı rayon icra hakimiyyəti başçısı Araz Əhmədov xüsusi əmr imzalayıb.

Məhəmmədhüseyn Hüseynov həm də Fövqəladə hallar komissiyasının sədri vəzifəsindən də kənarlaşdırılıb.

Faktı Masallı Rayon İcra Hakimiyyəti təsdiq edib.

İlkin Rzayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR