Rafael Hüseynov AŞPA-nın komitə iclasında iştirak edəcək

Rafael Hüseynov AŞPA-nın komitə iclasında iştirak edəcək
# 27 may 2023 11:07 (UTC +04:00)

Milli Məclisin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün mayın 30-da Böyük Britaniyanın London şəhərinə səfər edəcək.

Milli Məclisdən APA-ya verilən xəbərə görə, tədbirdə idmanda və idman vasitəsilə insan hüquqlarının qorunması, idmanda zorakılıq hallarının müəyyən edilməsi və onların aradan qaldırılması, virtual məkanda imkanlar, mövcud risklər və bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Səfər iyunun 3-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR