Siyasi partiya nümayəndələri Bəsitçay Dövlət Təbiət Qoruğunda olub - FOTO

Siyasi partiya nümayəndələri Bəsitçay Dövlət Təbiət Qoruğunda olub - FOTO
# 24 iyun 2022 18:14 (UTC +04:00)

Zəngilana səfər edən siyasi partiya nümayəndələri Bəsitçay Dövlət Təbiət Qoruğunda olub.

APA-nın yerli bürosunun xəbərinə görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev nümayəndə heyətinə qoruq barədə məlumat verib.

O bildirib ki, ümumi sahəsi 107 hektar olan qoruğun 85 hektarını meşə zolağı təşkil edib.

“Bəsitçay çayı vadisində yerləşən meşə zolağının 42,2 hektarı ermənilər tərəfindən tamamilə məhv edilib. Ermənilər meşədə olan Şərq çinarlarını məhv etməklə, çayı çirkləndirməklə çox böyük ekoloji terrora imza atıblar”, - nazir müavini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR