Tural Gəncəliyev Avropa Parlamentində görüşlər keçirəcək

Tural Gəncəliyev

© APA | Tural Gəncəliyev

# 14 may 2022 11:42 (UTC +04:00)

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətimizin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, deputatlar Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 19-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR