XİN Elmar Məmmədyarovun italiyalı həmkarı ilə görüşü barədə məlumat yayıb

XİN Elmar Məmmədyarovun italiyalı həmkarı ilə görüşü barədə məlumat yayıb
  • Clock-gray 19:59
  • calendar-gray 18 Sentyabr 2019

Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb.

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin 2014-cü ildə qəbul olunmuş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanata əsaslandığını, daimi əsasda yüksək səviyyəli siyasi dialoqun aparıldığı, qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirildiyi, iqtisadi, mədəniyyət, elm-təhsil sahələrində geniş əməkdaşlığın mövcudluğu qeyd olunub.

İtaliya tərəfi Prezident Sercio Mattarellanın ötən il Azərbaycana səfərindən və səfər vaxtı Prezident İlham Əliyev ilə apardığı müzakirələrdən məmnunluğunu ifadə edib və yüksək səviyyəli səfərlərdə mövcud dinamikanın davam etdirilməsinin əlaqələrin daha da dərinləşməsi üçün əhəmiyyətini vurğulayıb. Nazir Luici Di Maio İki ölkə arasında geniş iqtisadi gündəliyin mövcudluğunu, italyan şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluğunu və Azərbaycanda yeni iqtisadi imkanlardan faydalanmaqda marağını ifadə edib.

Nazir Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac məntəqəsi olduğunu, Azərbaycanın isə İtaliyanın ən böyek xam neft təchizatçısı və italyan malların Cənubi Qafqazda əsas idxalçısı olduğunu deyib. İqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün istər Avropanın, istərsə də İtaliyanın enerji təhlükəsizliyinə töhfə olacaq Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans Adriatik Boru Kəmərinin əhəmiyyətini vurğulayıb və boru kəmərinin tikintisin razılaşdırılmış qrafik üzrə başa çatdılmasının vacibliyini deyib.

Görüşdə, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına İtaliyanın töhfələri, transmilli nəqliyyat layihələrinin həyata keçirilməsində Azərbaycanın rolu, regional təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların indiki mərhələsi barədə qarşı tərəfi məlumatlandırıb və ATƏT-in Minsk Qrupunun üzvü kimi İtaliyanın məsələni daim diqqətdə saxlamasının vacibliyini bildirib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date