YAP İdarə Heyətinin iclası keçirilib, maliyyə hesabatı təsdiqlənib - YENİLƏNİB

Yeni Azərbaycan Partiyası

© APA | Yeni Azərbaycan Partiyası

# 18 mart 2022 13:22 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

APA xəbər verir ki, iclasda YAP-ın 2021-ci il üzrə maliyyə hesabatları və “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti” sənədi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra hər iki sənəd təsdiqlənib.

YAP-ın 2021-ci il üzrə maliyyə hesabatları Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.

***

saat 11.38

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

APA xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

İclasda YAP-ın 2021-ci il üzrə maliyyə hesabatları və “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti” sənədi müzakirəyə çıxarılacaq.

YAP-ın maliyyə hesabatı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR