Zahid Oruc: “Prezident həqiqətən bir nömrəli xüsusi təyinatlıdır”

Zahid Oruc

© APA | Zahid Oruc

# 24 dekabr 2021 16:19 (UTC +04:00)

“Ayrı-ayrı hakimiyyət strukturlarına mənfi yanaşan vətəndaşlar belə Prezident İlham Əliyevin fəaliyyətinə çox yüksək qiymət verirlər”.

APA-nın məlumatına görə, bunu “İnam İndeksi” jurnalının VI buraxılışında Prezidentin fəaliyyətinin ictimai rəydə qiymətləndirilməsi ilə bağlı təşkil olunan sorğu ilə əlaqədar “Prezident: Zəfərə davam, Zəfərə inam!” şüarı altında keçirilən təqdimatda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, artıq tariximizdə Milli Qələbə Günü var: “Prezident İlham Əliyev 17 il ərzində addım-addım ərazi bütövlüyümüzün təmin etmək yolu ilə addımladı. Prezident həqiqətən bir nömrəli xüsusi təyinatlıdır. Ancaq Zəfər Komandanı ifadəsi mənim üçün daha doğmadır. Bir məqamı da qeyd edim. Heydər Əliyevə qədər heç bir rəhbər Şuşada böyük miqyaslı quruculuq işləri aparmayıb. Heydər Əliyev İrəvana da səfər edib. İnşallah, Prezident İlham Əliyev də belə bir səfər edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR