Zəngilanın Ağalı kəndinə daha 10 ailə köçürülüb - FOTO

Zəngilanın Ağalı kəndinə daha 10 ailə köçürülüb - FOTO
# 28 fevral 2023 15:56 (UTC +04:00)

Zəngilan rayonunun işğaldan azad edilərək yenidən qurulan Ağalı kəndinə Böyük Qayıdışın növbəti mərhələsi reallaşıb.

APA xəbər verir ki, bu gün səhər saatlarında Bakı və Sumqayıt şəhərlərindən yaşamaq üçün Zəngilanın Ağalı kəndinə yola düşən 50 nəfərdən ibarət 10 ailə mənzil başına çatıb.

Növbəti köç prosesi isə mart ayının 3-də baş tutacaq. Həmin gün 44 nəfərdən ibarət 10 ailə də köçkünlük həyatına son qoyacaq.

Qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 86 ailə, 420 nəfər köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR