ATƏT DTİHB müşahidə missiyasının rəhbəri: “Hazırda seçki prosesini qiymətləndiririk”

ATƏT DTİHB müşahidə missiyasının rəhbəri: “Hazırda seçki prosesini qiymətləndiririk”
  • Clock-gray 11:52
  • calendar-gray 09 Fevral 2020

“Biz işimizə yanvarın 30-u başlamışıq. Bir həftə sonra isə uzunmüddətli xidmət komandası gəldi. Bizim ölkə ərazisində 13 komandamız var. Onlar müşahidəyə başlayıblar. Bundan əlavə, 80 parlament üzvümüz də var”.

APA-nın məlumatına görə, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri, səfir Peter Teyler deyib.

P. Teyler hazırda seçki prosesini qiymətləndirdiklərini bildirib: “Birinci qiymətləndirmənin nəticələri sabah günorta keçiriləcək mətbuat konfransında elan ediləcək. Biz seçki prosesini seçki günündən əvvəl, seçki günü ərzində və seçki günündən sonra izləyirik”.

O qeyd edib ki, seçkidən sonra səslər sayılır, daha sonra isə 125 dairə seçki komissiyasının təqdim etdiyi məlumatlar cədvəl şəklində tərtib edilir.

“Bundan sonra şikayətlərin və müraciətlərin araşdırılmasına müəyyən müddət ayrılır. Qısamüddətli müşahidəçilər və parlamentarilər seçki günündən cəmi bir neçə gün sonra ölkəni tərk edirlər, lakin biz - əsas heyət və uzunmüddətli müşahidə missiyası ölkədə qalırıq”, - deyə P. Teyler bildirib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date