Ali və Apelyasiya məhkəmələrinə hakimlərin təyin olunması məsələsi MM-in plenar iclasına tövsiyə olunub - SİYAHI

Ali və Apelyasiya məhkəmələrinə hakimlərin təyin olunması məsələsi MM-in plenar iclasına tövsiyə olunub - SİYAHI
# 02 may 2020 14:48 (UTC +04:00)

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Millət vəkili Fəzail Ağamalı APA-ya açıqlamasında bildirib ki, iclasda “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” və “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında” qanun layihələri müzakirə olunub.

“Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəyə əsasən, Bakı Apelyasiya Məhkəməsinin hakimləri Kəmalə Abiyevanın, Zaur Əliyevin, Vüqar Həsənovun, Abidin Hüseynovun, İsmayıl Xəlilovun, Elşad Şamayevin, Şirvan Apelyasiya Məhkəməsi sədrinin müavini Ələsgər Novruzovun, Gəncə Apelyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Aqil Abbasovun, Çingiz Əsgərovun, Bəhman Qəribovun və Bəhram Məmmədlinin Ali Məhkəmənin hakimləri təyin olunması təklif edilir.

“Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihədə Ali Məhkəmənin hakimləri Vəfaddin İbayevin, Akif İsgəndərovun, Əli Seyfəliyevin, Qürbət Əsgərovun vəzifələrinin dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimləri , həmçinin, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklifi əksini tapıb.

“Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında” layihədə isə Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apelyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması təklif olunur.

Müzakirələrin sonunda layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Məhkəmə-Hüquq Şurasının Aparat Rəhbəri Cavid Hüseynov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR