Azərbaycan Prezidenti: "İlin əvvəlinin göstəriciləri islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını deməyə əsas verir"

Azərbaycan Prezidenti: "İlin əvvəlinin göstəriciləri islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını deməyə əsas verir"
# 14 aprel 2020 22:00 (UTC +04:00)

"Bu gün biz ilin birinci rübünün yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. Deyə bilərəm ki, 2020-ci il uğurla başlamışdır".

APA xəbər veir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə bildirib.

Dövlət başçısı deyib ki, ilin əvvəlinin göstəriciləri Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını deməyə əsas verir: "Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR