Azərbaycan dosent və professor elmi adlarının verilməsi qaydasına dəyişiklik edəcək

Azərbaycan dosent və professor elmi adlarının verilməsi qaydasına dəyişiklik edəcək
  • Clock-gray 15:16
  • calendar-gray 31 Mart 2020

Dosent və professor elmi adlarının verilməsi qaydasına dəyişiklik ediləcək.

APA-nın məlumatına görə, bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, professor, dosent elmi adı yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) nail olan təcrübəli elmi-pedaqoji kadrlara da veriləcək.

Eyni zamanda ali təhsil müəssisəsində, elmi müəssisə və təşkilatlarda, habelə digər təşkilatlarda çalışan elmi kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılacaq.

Qüvvədə olan qanuna əsasən, dosent və professor elmi adları ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada verilir. Eyni zamanda ali təhsil müəssisəsində, elmi müəssisə və təşkilatlarda, habelə digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date