Beynəlxalq müşahidəçi: "Səsvermə prosesi şəffaf keçir"

Beynəlxalq müşahidəçi: "Səsvermə prosesi şəffaf keçir"
# 09 fevral 2020 14:04 (UTC +04:00)

Beynəlxalq müşahidəçilər 15 saylı Yasamal birinci seçki dairəsində səsvermə prosesini izləyiblər.

APA-nın məlumatına görə, Rusiya və Almaniyanın parlament üzvləri, eləcə də beynəlxalq KİV nümayəndələri Yasamal 15-ci seçki dairəsinin müxtəlif məntəqələrində olublar.

Müşahidə qrupunun rəhbəri, rusiyalı deputat Maksim İvanov APA-ya açıqlamasında dairə üzrə səsvermə prosesinin şəffaf keçdiyini və hər hansı qayda pozuntusuna rast gəlmədiklərini bildirib.

Qeyd edək ki, 15 saylı Yasamal birinci seçki dairəsi sayı 23 olmaqla ölkə üzrə ən çox namizədin olduğu dairədir və 44620 seçicisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR