Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri təyin edilib

Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri təyin edilib
  • Clock-gray 21:00
  • calendar-gray 27 Aprel 2020

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də Daşqın Rəhimovun Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında Fərman imzalayıb.

APA-nın xəbərinə görə, Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edilsin".

Qeyd edək ki, D.Rəhimov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.

Ali Məclis Sədrinin digər Fərmanı ilə Suliddin Əliyev Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.

 

apa-logo-mini

Digər xəbərlər