Deputat İctimai Televiziyada Ombudsman üçün efir vaxtının ayrılmasını təklif edib

Deputat İctimai Televiziyada Ombudsman üçün efir vaxtının ayrılmasını təklif edib
# 24 aprel 2020 12:52 (UTC +04:00)

"İctimai Televiziyada “Ombudsman saatı” adı ilə efir vaxtı ayrıla bilər. Bu, insan hüquqları sahəsində maarifləndirmə sahəsində mühüm addım olar”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinin (2019-cu il) müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Millət vəkili məruzədə uşaqlara spirtli içkilər və tütün məlumatlarının satılmamasına nəzarətin artırılmasının vacibliyinin qeyd olunduğunu deyib: “Bütün məktəblərin, kolleclərin qarşısında köşklərdə siqaret reklam olunur. Siqaret çəkənlərin 95 faizi siqaret çəkməyə məktəb illərində başlayıb. Mən Baş Prokurorluğa bu məsələ ilə bağlı müraciət etmişdim, cavabında dedilər ki, məktubum Dövlət Reklam Agentliyinə göndərilib, bu məsələyə o qurum nəzarət edir. Prokurorluq məndən fakt istəyir. Mən köşkü aparıb Baş Prokurorluğun qarşısına qoyası deyiləm ki? Baş Prokurorluğun qarşısında da belə köşk var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR