Deputat Ombudsmana müraciətlərin sayının çox olmasının səbəbini açıqlayıb

Deputat Ombudsmana müraciətlərin sayının çox olmasının səbəbini açıqlayıb
  • Clock-gray 12:31
  • calendar-gray 02 Aprel 2021

“Ayrı-ayrı dövlət orqanları vəzifələrini yaxşı yerinə yetirmədiyinə, vətəndaşları süründürməçiliyə saldığına görə, Azərbaycanda Ombudsmana müraciətlərin sayı bu qədər çoxdur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, pandemiya dövründə də müxtəlif xərclər insanları çətin vəziyyətə salıb: “44 günlük Vətən Müharibəsindəki qələbədən sonra da insanların statusu xeyli dəyişib. Əvvəllər tələbə olanlar indi qazidir, əvvəllər işçi olan şəhidliyə qovuşub. Əlliyin təyin olunması ilə bağlı atılan addımlarda problemlərin üzə çıxması insanlarda narazılığa səbəb olub. Saxta əliliyi olanlar da var, doğrudur. Amma hamının pensiyasını kəsmək doğru deyil. Bəzi şəxslərin onlayn deyil, real həkim müayinəsindən keçirdikdən sonra əlilliyinə qiymət verilməlidir”.

Deputat qeyd edib ki, mənzillərlə bağlı pilot layihələrdə də problemlər var: “Vətəndaşa 2-3 illik kirayə pulu verilir. Ancaq 2-3 ilə vətəndaşın evi hazır olmur. Ombudsman məsələ ilə bağlı təkliflər verə bilər. Vətəndaşların hüquqlarının bərpası vaxtında təmin edilməlidir”.

Firuzə Vahid

Digər xəbərlər