Deputat: “Sosial şəbəkələrdə şəhid adı ilə, karantin qaydaları ilə oyun oynayıb, hökumətə qarşı açıq çağırışlar edirlər”

Deputat: “Sosial şəbəkələrdə şəhid adı ilə, karantin qaydaları ilə oyun oynayıb, hökumətə qarşı açıq çağırışlar edirlər”
# 06 avqust 2020 11:26 (UTC +04:00)

“Bu gün şəhidin adından sosial şəbəkələrdə insanlar oyun oynayırlar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, bu, cinayət təqibinin başlanılması üçün əsas sayılmalıdır: “Ümumiyyətlə, karantin qaydaları ilə bağlı oyunlar oynanılır. Hökumətə qarşı açıq çağırışlar edilir. Bu addımların qarşısı alınmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR