Deputatlar şəhid general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarını ziyarət edib

Deputatlar şəhid general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarını ziyarət edib
# 17 iyul 2020 15:58 (UTC +04:00)

Bu gün Milli Məclisin bir qrup deputatı II Fəxri Xiyabanda Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət edib.

APA-nın məlumatına görə, Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlar - Soltan Məmmədov, Elnur Allahverdiyev, Razi Nurullayev, Vüqar İskəndərov, Rüfət Quliyev, Məşhur Məmmədov şəhid hərbçilərimizin məzarı önünə əklil qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR