İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan 1345 nəfərin 246 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısındadır.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, ümumilikdə 307 nəfər namizədin isə partiya mənsubiyyəti mövcuddur.