Deputatlığa namizədlərin sayı 1622 nəfərə çatıb

Deputatlığa namizədlərin sayı 1622 nəfərə çatıb
  • Clock-gray 16:17
  • calendar-gray 17 Yanvar 2020

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. 

MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1622 nəfərin isə deputatlığa namizədliyi  qeydə alınıb".

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date