Dövlət başçısı: “Ümid edirəm ki, hətta uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil”

Dövlət başçısı: “Ümid edirəm ki, hətta uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil”
# 17 aprel 2020 18:56 (UTC +04:00)

“Nəzərə alsaq ki, karantin rejimi uzadılacaq və karantin rejimindən çıxış da gərək bəri-başdan planlaşdırılsın. Sizə də bu məsələ ilə bağlı müvafiq göstərişlər verirəm ki, biz karantin rejimini mərhələli yollarla sərtləşdirmişdik və bu rejimi eyni qaydada - mərhələli yollarla yumşaltmalıyıq. Bu, hansı formada olacaq? Gərək bu məsələ üzərində hökumət və o cümlədən nazirliklər işləsin, təkliflər versin”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda deyib.

Dövlət başçısı qeyd edib ki, yumşalmanın hansı sahədən başlanacağı indidən planlaşdırılmalıdır: “Yumşalma hansı sahələrdən başlamalıdır, biz indidən bunu planlaşdırmalıyıq. Çünki ümid edirəm, hətta uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil. Amma yenə də biz addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR