“İcra məmurları haqqında” qanuna dəyişiklik edilir

“İcra məmurları haqqında” qanuna dəyişiklik edilir
# 19 iyun 2020 13:29 (UTC +04:00)

Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülməsi təklif olunur.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “İcra məmurları haqqında” qanuna təklif edilən yeni maddədə əksini tapıb.

Yeni maddəyə əsasən, bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR